İsrail 160 uşağı öldürdü
Səhər saatlarından etibarən Qəzzanın artilleriya atəşinə tutulması nəticəsində 90 fələstinli həlak olub. İsrailin Müdafiə Ordusunun (SAXAL) yaydığı bəyanata görə, 13 israilli hərbçi də həlak olub. ABŞ-ın dövlət katibi Cim Kerri “Qəzzadan edilən hücumlardan İsrailin qorunmaq hüququ var” deyib. İsrailin baş naziri Binyamin Netanyahu isə söyləyib:
“Ölkəmizin şəhərlərində sakitlik bərpa oluna qədər əməliyyatı davam etdirəcəyik”.
Al Jazeera bildirir ki, İsrail bu səhəri Qəzzanın ətrafındakı Şicayəni bombalamaşla başlayıb.
Bombardmanda 90 fələstinli həlak olub, 432 nəfər yaralanıb.
İsrailin həlak olmuş 19 hərbçisinin adları cəsədlərin tanınması proseduru başa çatan kimi açıqlanacaq.
Az öncə İsrailin baş naziri Binyamin Netanyahu millətə müraciət edib.
“Kimsə uzunmüddətli hərbi əməliyyatı istəmir.
“Sarsılmaz qaya” əməliyyatı sürətlə davam edir. Əsas məqsəd terrorçuların yeraltı tunellərinin məhv olunmasıdır. Əməliyyat məqsədinə çatandan və şəhərlərimizdə sakitlik bərpa olandan sonra Qəzzanın tərksilah olunması istiqamətində dünya birliyi ilə əməkdaşlığa başlayacağıq. Biz Qəzzada yalnız terrorçulara, onların anbarlarına və qərargahlarına zərbələr endiririk. Silahsız insanlara müraciət edərək döyüş əməliyyatları zonasını tərk etmələrini xahiş etdik. HƏMAS isə onlara yerlərində qalmağı əmr edib. HƏMAS bu insanlardan “canlı sipər” kimi istifadə edir”, - B.Netanyahu söyləyib.
4 saat sonra B.Netanyahunun sədrliyi ilə İsrailin Təhlükəsizlik Şurasının iclası başlanacaq. Toplantıda Qəzzadakı əməliyyatın gedişatı müzakirə ediləcək.
Al Arabiya bildirir ki, İsrailin Qəzzada "Sarsılmaz qaya" əməliyyatına başladığı gündən bəri həlak olmuş 490 nəfər arasında 160 uşaq, 53 qadın və 32 qoca var.
