PRESS NEWS AZERBAIJAN

Həsən Ruhani bütün dünyaya meydan oxudu

22.07.2014

İran Prezidenti Həsən Ruhani İsrailin Qəzzaya təşkil etdiyi geniş miqyaslı hücumlarda günahsız insanları hədəf almasını kəskin şəkildə qınayıb.  Ruhani müdafiəsiz Qəzza insanlarına qarşı qurudan və havadan edilən hücumlardan daha əhəmiyyətlisinin dünyanın bu faciəyə səssiz qalmasını göstərib.


Ruhani ölkəsinin bütün gücüylə müdafiəsiz Qəzza xalqını qoruyacağını və dəstəkləyəcəyini qeyd edib: "İsrail bəhanələrlə bir ailənin bütün fərdlərini tank atəşinə tutaraq məhv edir. Sionistlərin əlləriylə etdiyi bu böyük insanlıq faciəsinə heç bir şəkildə dözmək olmaz. Dünyanın buna verdiyi reaksiyaya baxdığımızda təəssüf ki, Qərb ölkələri, bir çox ərəb və müsəlman ölkəsinin bu cinayət qarşısında səssiz qaldığını, ya da reaksiyalarının faciənin böyüklüyü ilə müqayisədə nisbətsiz olduğunu görürük".

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR