ABŞ prezidenti Barak Obama Ukraynadakı situasiya ilə bağlı yeni bəyanatla çıxış edib. Musavat.com-un məlumatına görə, Ağ Ev başçısı çıxışının böyük hissəsini Donetsk yaxınlığında “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan təhqiqata həsr edib.
Onun sözlərinə görə, hadisə yerində araşdırma aparan beynəlxalq ekspertlərə separatçılar mane olmağa çalışırlar ki, bu da şübhələr yaradır. “Onlar nəyi gizlətmək istəyirlər” – sual edib Amerika prezidenti.
Bu xüsusda Obama Rusiyanı xəbərdar edib ki, əgər o, separatçılara dəstək verməyi dayandırmasa, tam izolyasiyaya tuş gələcək. “Madam ki, Moskva Ukrayna separatçılarını müdafiə edir, demək, onların beynəlxalq komissiya ilə əməkdaşlığa görə məsuliyyət də Rusiyanın üzərindədir”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.