top of page

Poroşenko qismən səfərbərlik haqqında sərəncam verdi

Səbəb – “ölkənin müstəqilliyi təhlükə altındadır”.

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya təsdiq üçün qismən səfərbərlik haqqında sərəncam göndərib, mətbuat xidmətindən bildirilib. Sənəddə səfərbərliyin səbəbləri arasında “Ukrayna ərazisində terrorizm təzahürlərinin yayılması”, sərhəddə Rusiya qoşunlarının cəmlənməsi, eləcə də ölkənin müstəqilliyi üçün təhlükə olduğu göstərilib.

“Hərbi məsuliyyətlilərin, ehtiyatda olanların çağırışı və qoşunların nəqliyyat vasitələrinin çatdırılması səfərbərlik planı ilə ehtiyat da nəzər alınmaqla həyata keçiriləcək”, - məlumatda deyilir.

Xatırladaq ki, mart ayında Ukrayna ərazisində artıq ümumi səfərbərlik elan edilmişdi.

bottom of page