top of page

Üç türk əsgəri şəhid oldu


Şanlıurfanın Ceylanpınar mahalı yaxınlığında Türkiyə-Suriya sərhədində PYD (PKK terror təşkilatının Suriyadakı qolu) yaraqlıları ilə türk əsgərləri arasında atışma davam edir. Sərhəddə daha öncə baş vermiş silahlı münaqişə zamanı həyatını itirmiş İgid Şahan adlı türk əsgərinin dəfninə qatılan vali mərasimdən sonra mediaya açıqlama verərək atışmanın hələ də davam etdiyini bildirib. O, deyib ki, heç bir təlaşa ehtiyac yoxdur və türk əsgəri bu işin öhdəsindən ustalıqla gəlir.

bottom of page