Bakı metropoliteninin axtarışda olan əməkdaşı tutulub
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan “Bakı Metropoliteni” QSC-də stansiya növbətçisi işləyən, 1971-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.