Moskva gərginliyin danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Kreml rəhbəri bildirib ki, hansısa ittifaqa girmək bəzən həmin ölkənin müstəqilliyinin bir hissəsinin itirilməsi ilə nəticələnir. Rusiya dövlət başçısı qeyd edib ki, müxtəlif dövlətlər hədəflərinə çatmaq üçün müxtəlif metodlardan istifadə edir: “Beynəlxalq səhnədə rəqabət mübarizəsinin mexanizmlərindən istifadə edir. Bura iqtisadi, siyasi sferalar daxildir”.
Putinin Ukrayna məsələsinə də toxunub və bildirib ki, rəsmi Moskva gərginliyin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Rusiya lideri onu da bəyan edib ki, böyük güclərin ssenarisini yazdığı və həyata keçirdiyi “rəngli inqilablar” Rusiyada tətbiq edilə bilməyəcək. “Biz təhlükələrə müvafiq qaydada reaksiya verməliyik. Sözsüz ki, bu cür metodlar Rusiyada həyata keçməyəcək”,-deyə V. Putin vurğulayıb.