PRESS NEWS AZERBAIJAN

“Əl-Kassam” İsrailə qarşı 250 min bomba hazırlayıb

25.07.2014

"Həmas" hərəkatının hərbi qanadı olan "Əl Kassam" qrupunun mətbuat nümayəndəsi Əbu Ubeyd İsraillə uzun müddətli müharibəyə hazır olduqlarını bildirərək, gec-tez bu müharibədə qalib olacaqlarını deyib. 

 

"Əl Aksa" televiziyasına  danışan   Ubeyd  sensasion  açıqlamaları ilə yadda qalıb.

 

"Fələstinli  gənclər israillilərə daş atırlar, amma biz onlara daş yox, 250 min bomba hazırlamışıq,  gənclərimiz israillilərə bundan sonra bombalar atacaq. Hazırda minlərlə mücahidimiz müharibəyə başlamaq üçün bizdən tapşırıq gözləyir. İsrail bizə olan hücumlara son verənə qədər biz yəhudilərə cavab zərbələri endirməyə davam edəcəyik. Bu müharibədə bizim əsgəri gücümuz çox azdı, strateji hədəflərimizi həyata keçirmək üçün addımlarımızı atmağa davam edəcəyik.”

 

Əbu Ubeyd Türkiyə ilə bağlı da fikirlər səsləndirib: "Türkiyənin bu haqsıslığa susmaması bizə  əlavə  stimul  verir, Türkiyə bizim üçün çox önəmli dövlətdir”

Please reload

ƏN ÇOX OXUNANLAR