Azərbaycanlı repçinin növbəti erotik klipi - Özəl, Video, Fotolar
Ms.Şaxo vəd etdiyi kimi "Uducam səni" klipini ilk dəfə tabloid.az vasitəsilə təqdim etdi. Repçi müğənni Səidə Dadaşova ilə birgə ifa etdiyi musiqiyə çəkdirdiyi klip erotik səhnələrlə zəngindir.
O, tabloid.az-a açıqlamasında çəkilən klipin 18+ izləyicilər üçün nəzərdə tutulduğunu bildirdi:
"Azərbaycanda mənim klipim kimi iş olmayıb. Klipdə qızın barmağını ağzına salıb, təhrikedici hərəkətlər etməsi olmayıb. Məni ekran işim isə tam fərqlidir.
Tərəf müqabilim də Səidə Dadaşovadır. Klipimdə əməyi keçənlərə - rejissor Rahib Asifoğluna, operator Sərdar Salehoğluna, stilist və rəssam Suliyə (Süleyman Həsənov), rəqqasələr Vüsalə Əliyeva və Ülviyyə Cəlilovaya təşəkkürümü bildirirəm".
