Körpənin inkişafı
1-ci ay Üzüstə olarkən başını yüngülcə qaldırar. İməkləmə hərəkətləri edər. Əli yumruq şəklində möhkəm sıxar. Səsə reaksiya verər (göz qırpma, hərəkət, sıçrama). İnsanın üzünə baxar. 2-ci ay Başını 90 dərəcəlik bucaq altında tutar. Əli yumruq şəklində deyil. Əşyanı orta xəttdən irəliyə doğru izləyər. Danışdırıldıqda gülümsəyər. Ətrafı maraqla izləyər. 3-cü ay Üzü aşağı halda qolları üzərinə söykənərək gövdəsini qaldırar və başını rahatca dik tutar. Əlləri açıqdır, əşyanı tutar və özünə doğru çəkər. Qığıldayar. Tanıdığı kəslərə və əşyaya uzanar. 4-cü ay Dəstəklə oturar. Əşyanı götürmək üçün iki qolundan istifadə edər. Stol üzərindəki bir əşyaya toxunar. 5-ci ay Səsləri ayırd etməyə başlayar, zəng səsinə başını çevirər. "Aqu, aqu" deyə danışar. Ətrafını seyr etməyi sevər. 6-ci ay Üzüaşağı dönə bilər. Dəstəksiz oturar. Yatar vəziyyətdə ayağını ağızına aparar. İki əlindən ayrı-ayrı istifadə edər. Əşyanı bir əlindən digərinə keçirər. Tək hecalı səslər çıxardar. 7-ci ay Özgə insanları tanıyar.
8-ci ay Əl çalma oyununu anlayar və oynayar. 9-cu ay Ayağa qalxa bilər. Ayaqda dayanmağı sevər. Baş və işarə barmağı ilə kiçik əşyaları tuta bilər. Əmziyi tutar, barmaqları ilə yeyə bilər. Səsləri təqlid edə bilər. 10-cu ay Bəzi səsləri anlayaraq söyləyə bilər (ana, baba kimi). 11-ci ay Sözləri şüurlu surətdə söyləyər. Ətrafı qarışdırmağa başlayar. 12-ci ay Köməksiz və ya köməklə gəzər. Oturduğu yerdə öz-özünə dönə bilər. Baş və işarə barmaqlarından istifadə edər. Əşyaları təyin edər. Oyuncaqlarını əlindən buraxar. Sadə sözləri anlayar. Başqalarının hərəkətlərini təqlid edər. Geyinərkən köməkçi olar.
15-ci ay Rahatca gəzər. İməkləyərək pilləkənləri çıxar. Sadə əmrləri anlayar və əməl edər. 4-6 kəlmə söyləyə bilər. Aydın olmayan sözlər deyər. Altını islatdığı zaman anasına göstərər. 18-ci ay Qaçar, yıxılmadan oyuncağını atar. Kitabın iki-üç səhifəsini çevirər. Qaşığını dolduraraq özü yemək yeyə bilər. 7-20 kəlmə bilər. Bədənin ən azı bir hissəsini tanıyar. Əliylə göstərər. Ana-atasını təqlid edər (yer süpürmə, toz alma kimi). Digər uşaqlarla birlikdə oynaya bilər. 21-ci ay Pilləkənlə çıxa bilər. Stəkanı tutaraq su içə bilər. 3-5 bədən hissəsini tanıyar. İki sözlə cümlə qura bilər. Yemək və ayaqyolu istəklərini işarə və sözlərlə ifadə edə bilər. 24-cü ay Köməksiz pilləkəndən enib çıxa bilər. Kitab səhifələrini tək-tək çevirər. Ayaqqabısını və şalvarını çıxarar. 50 söz bilər. 2 sözdən ibarət cümlələr qurar. Mən, siz, biz əvəzliklərini bilər. Çəngəl, qaşığı rahatca tuta və istifadə edə bilər.