Prezident Poroşenko Milli Qvardiyanı silahlandırdı
Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev yaxınlığında yerləşən təlim mərkəzinə səfəri zamanı Milli Qvardiyanın şəxsi heyətini müasir silahlarla silahlandırıb.
Prezident Milli Qvardiyanın xüsusi təyinatlı birinci briqadasına tanklar, müasir tipli “BTR-3”, “BTR-4” və “Cougar” zirehli döyüş maşınlarını təqdim edib. Daha sonra prezident Poroşenko və Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikalara baxış keçiriblər. Xatırladaq ki, bir neçə gün öncə, iyulun 25-də Ali Radada çıxışı zamanı maliyyə naziri Aleksandr Şlapak ölkənin cənub-şərqində hərbi əməliyyatların aparılması üçün xəzinədə vəsaitin olmadığını söyləmişdi. Nazir rəsmi bəyan etmişdi ki, avqustun 1-dən hərbçilərə pul ödəmək üçün vəsait yoxdur.
