Xiyar şirəsi və bal-xolesterinə qarşı mübarizə...
Modern.az-ın məlumatına görə, xalq təbabətində qanda xolesterenin səviyyəsini aşağı salmaq üçün bir çox üsullar var. Bunlardan biri də xiyar şirəsi və baldan istifadədir.
Bu müalicəvi vasitəni hazırlamaq üçün 150 qram təzə çəkilmiş xiyar şirəsinə bir xörək qaşığı bal əlavə edilməli, gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul edilməlidir. Müalicə kursu minimum bir həftə davam etdirilməlidir. Xiyar şirəsi sirəçəkəndə hazırlanarkən qabığı soyulmamalıdır və çəkildikdən sonra yarım saatdan artıq saxlanılmamalıdır.
Xiyar şirəsinin bir çox faydalı xüsusiyyətləri var. O, maddələr mübadiləsinin normallaşmasında mühüm rol oynayır, bədəni zərərli maddələrdən təmizləyir, vitaminlər və mikroelementlərlə qidalandırır, həmçinin böyük məbləğdə ürək-damar sistemi üçün faydalı olan natrium və kalium ehtiva edir. Bunlarla yanaşı xiyar şirəsi həzmi asanlaşdırır, dərinin sağlamlığını və gümrahlığını təmin edir, saçlarda yarana biləcək problemlərin qarşısını alır, sidikqovucu xassəyə malikdir.
Bu vasitədən istifadə edərkən heç olmasa bir müddət tərkibində böyük miqdarda xolesterin olan qidalardan, yağlı ət və ət məhsullarından, kərə yağından, yumurta sarısından, yağlılığı çox olan süd məhsullarından imtina edilməlidir. Daha effektli nəticə əldə etmək üçün bitki mənşəli yağlara, gül kələminə, çuğundura, yerkökünə, almaya üstünlük verilməsi və fiziki fəallığın artırılması məsləhət görülür.
Bu vasitədən istifadə etməzdən qabaq qanınızda xolesterinin miqdarını müəyyənləşdirin və həkiminizlə məsləhətləməyi də unutmayın.