BMT-nin Qəzzadakı fələstinli qaçqınlara yardım fondunun (UNRWA) nümayəndəsi Chris Gunness reportaj zamanı hönkürtü ilə ağlayıb
Qəzzada İsrailin hücumunu müşahidə etmək və burada baş vermiş hadisələri qiymətləndirmək üçün bölgədə olan BMT-nin Qəzzadakı fələstinli qaçqınlara yardım fondunun (UNRWA) nümayəndəsi Chris Gunness reportaj zamanı hönkürtü ilə ağlayıb. BMT nümayəndəsi reportaj zamanı "Fələstinlilərin, hətta, onların uşaqlarının belə hüquqları pozulur. Bu çox dəhşətli bir faktdır" - deyərək dayanır. Gözləri yaşaran Chris daha sonra ağlamağa başlayır. Qeyd edək ki, bununla bağlı Chris Gunness "twitter"dəki profilindən bu sözləri yazıb:
"Bəzən elə vaxtlar olur ki, göz yaşları sözlərdən daha düzgün danışır. Mənim qəmginliyim Qəzza ilə müqayisədə əhəmiyyətsizdir".