Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya yönəlmiş yeni sanksiya qərarları almasının Vaşinqton üçün "hiss olunacaq itkilərlə yol açacağını" bildirdi. Rusiya Xarici işlər nazirliyindən verilən yazılı şərhdə ABŞ prezidenti Barak Obamanın Ukraynadakı məsələlərə görə, Rusiyaya istiqamətli yeni sanksiyalara əl atması beləi qiymətləndirildi. Şərhdə, “uzaqgörənlik siyasəti olmayan bu xəttin yol açacağı itkilər Vaşinqton üçün olduqca hiss olacaq" deyilir. ABŞ-ın sanksiyalarının qeyri-qanuni olduğunu diqqətə çəkən RF XİN Ukraynada yaşananlardan Rusiyanın deyil, Kiyev rəhbərliyinin məsul olduğunu irəli sürür. Bundan əlavə XİN-nin məruzəsində Avropa Birliyidə (AB) eyni dərəcədə tənqid olunur. AB-nin Vaşinqton sözüylə danışmasının biyabırçı bir hal kimi qiymətləndirilir. Şərhdə AB-nin siyasətinin Vaşinqtondan diktə edildiyi irəli sürülərək, "Uzun zamandır öz təməl dəyərlərini gözardı edərək Vaşinqtonun səsiylə danışması utandırıcıdır. Moskva AB-nin dünya məsələlərində müstəqil rəy bildirə bilməməsindən məyusdur"deyilir. Şərhdə Rusiyanın da bundan sonraki əlaqələrdə sanksiyaları nəzərə alacağı bildirilir.
ANS