top of page

51 erməni əsgəri məhv edilib - KİV

Cəbhədə 51 erməni əsgəri məhv edilib – KİV

“Ermənistan hökuməti bu məlumatı gizlədir”.

Ermənistan Silahlı Qüvvələri dünən cəbhənin müxtəlif istiqamətlərində təxribata cəhd göstəriblər. Amansız döyüşlər zamanı 8 Azərbaycan əsgəri şəhid olub.

Eyni zamanda, siyasi və hərbi dairələrə yaxın erməni jurnalist Eduard Abramyanın yaydığı bəyanat erməni ictimaiyyətini çox narahat edib.

Belə ki, o, separatçı “Dağlıq Qarabağın Müdafiə ordusunun” döyüşlərdə 51 əsgər itirdiyini bəyan edib.

“Dünən Azərbaycanın diversiya qrupunun hücumu zamanı amansız döyüş baş verib. Qarabağ ordusunun 51 əsgəri həlak olub, daha 35 nəfər yaralanıb. Ermənistan hökuməti kütləvi etiraz aksiyalarından ehtiyat edərək, bu məlumatı gizlədir”, - deyə, Eduard Abramyan Tvitter-də yazıb.

Tanınmış erməni jurnalistin bu bəyanatı erməni cəmiyyətinə ciddi təsir göstərib və erməni sosial şəbəkə istifadəçiləri artıq Sarkisyan hökumətini istefaya səsləyirlər. (Haqqin.az)

bottom of page