PRESS NEWS AZERBAIJAN

Qadınlar və uşaqlar kəndlərdən çıxarılır

01.08.2014

 

Qazaxın iki kəndindən qadınlar və uşaqlar çıxarılır.

 

“Bizimkilərin dediyinə əsasən, Məzəm istiqamətində bir erməni avtomobili vurulub”.

 

Bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində çıxış edib.

 

O, Ermənistanla Qazaxın sərhədində dünən bütün gecə qızğın döyüşlərin getdiyini yazıb:

 

“Dünən axşam saat 21-00-dan başlayaraq, gecə səhərədək Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən bütün kəndlərində qızğın atışma gedirdi. Bizimkilərin dediyinə əsasən, Məzəm istiqamətində bir erməni avtomobili vurulub. Axşam saaatlarında Kəmərli kənd istiqamətində 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu (Cəfərli kənd sakini) adlı gizirimiz erməni snayperinə tuş gəlib ölmüşdür. Bu gün səhər aldığımız məlumata əsasən, Məzəm və Abbasbəyli kəndlərindən qadınlar və uşaqlar çıxarılırlar. Vəziyyət gərgin olaraq qalır. Aldığımız məlumatları sizlərə çatdıracağıq!”

 

Ekspertlər bu məlumatı mümkün döyüş hazırlığı hesab edir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload