top of page

Sənətçilər baş sağlığı verdi

images_roya.jpg

“Xalqıma dərin hüznlə başsağlığı verirəm”.

Müğənni Röya Ayxan xalqımıza başsağlığı verib.

İfaçı İnstagramda bu gün cəbhə bölgəsində şəhid olan 9 əsgərimizi anıb:

“Vətən olaraq çox şey itirmişik. Qəlbimiz lap əzəldən yaralıdır. Yenə biz itiririk… dayanmadan və üzülərək. Bəlkə yenə güman edək? Güman edək ki, bu, sonuncudur. Yorulmuşuq artıq. Bu faciələrə ana, bacı kimi yanıram. Xalqıma dərin hüznlə başsağlığı verirəm. Kaş ki, yuxuda olardım. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

gulyanaq.jpg

Əməkdar artist Gülyanaq Məmmədova bu gün BMM-də keçirilməsi nəzərdə tutulan klipinin təqdimatını təxirə salıb.

“Belə bir gündə tədbir keçirə bilmərəm”.

Müğənni “Bu gün nəzərdə tutduğumuz klip təqdimatını təxirə saldım. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə və xalqımıza səbir versin. Belə bir gündə tədbir keçirə bilmərəm” deyib.

bottom of page