Türkiyə bu gün cəbhə xəttində şəhid olan 8 əsgərlə bağlı Azərbaycana başsağlığı verib.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bununla bağlı verdiyi açıqlamada şəhidlərimizə rəhmət diləyib: "Şəhid olan azəri qardaşlarımıza xalqımız və dövlətimiz adından rəhmətlərimi bildirirəm. 8 şəhidin ağrısını ürəyimizdə hiss edirik".
Xatırladaq ki, ötən 3 gün ərzində cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 8 hərbçisi şəhid olub.
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi isə yaralanıb.