Daha 2 şəhid və 4 qazimiz var
Bu gecə cəbhənin Ağdam istiqamətində şiddətli döyüş gedib.
Hərbi mənbələrdən daxil olan məlumata əsasən ordumuz daha iki şəhid verib, 4 nəfər isə yaralanıb. Mənbə ermənilərin bizim mövqeyimizə hücum etdiyini qeyd edir və digər istiqamətlərdən də hücuma məruz qalacağımız gözlənilir: “Adətən səhərə yaxın hucuma keçirlər. Hələliksə Ağdam və Qazax tərəfdə döyüşlər gedir”. Onu da qeyd edək ki, mənbəmiz, düşmən tərəfdən itkinin olub olmaması barədə məlumata malik olmadığını dedi.
Cəbhə xəttində bir neçə istiqamətdə intensiv atışma davam edir. Ağdam istiqamətində düşmən geri oturdulub və geri çəkilməyə məcbur edilib. Düşmən tərəfinin də itki verdiyi deyilir.