PRESS NEWS AZERBAIJAN

Vladimir Kliçko, Şenon Briqsın başına su tökdü - VİDEO

03.08.2014

Ağır çəkidə boks üzrə üç versiyada dünya çempionu kəmərinin sahibi olan Vladimir Kliçko amerikalı Şennon Briqqsin başına su töküb. Apasport.az saytının məlumatına görə, hadisə restoranda baş verib.

 

Briqqs Kliçkonun nahar etdiyi Hollivuddakı restorana daxil olub və növbəti dəfə ukraynalı boksçunu provokasiyaya çəkməyə cəhd edib. O, masa arxasına oturaraq Kliçkonun naharını yeməyə başlayıb. Ukraynalı isə sakit tərzdə stəkandakı suyu Briqqsin başına töküb. Bundan sonra boksçuları bir-birindən aralayıblar.

 

Briqqs insidentdən sonra ayağını stəkanın qırıqları ilə bir neçə yerdən kəsib və ona xəstəxanada tikiş qoyublar. Kliçonun da əlindən yüngül yaralandığı bildirilir.

 

Amerikalı artıq bir neçə aydır Kliçkoya qarşı provokasiyalarla məşğuldur. O, mart ayında məşq zalına daxil olaraq, Kliçkoya krossovka atıb. Mart ayında mətbuat konfransı zamanı əynindəki maykanı çıxararaq ukraynalı boksçuya atıb. Bir neçə gün öncə isə məşq zalında Kliçko ilə dava salmağa cəhd edib.

 

Briqqs Kliçkodan onunla rinqdə görüşməsini tələb edir və hər dəfə ukraynalını zəif rəqiblər seçməkdə günahlandırır. Qeyd edək ki, Kliçko sentyabrın 6-da Hamburqda Kubrat Pulevlə görüşməlidir.

 

Ukraynalı boksçu Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə dünya çempionudur. Pulev İBF titulu uğrunda çempionluğa mütləq namizəddir.

 

42 yaşlı Briqqs isə 2006-2007-ci illərdə WBO versiyası üzrə dünya çempionu olub. O, çempion titulunu rusiyalı Sergey Lyaxoviçə qalib gələrək əldə edib və növbəti görüşdə daha bir rusiyalı Sultan İbrahimova uduzaraq, kəməri itirib. Briqqs 2010-cu il oktyabrın 16-da WBC versiyası üzrə çempion kəməri uğrunda döyüşdə Vladimirin qardaşı Vitali Kliçkoya uduzub. Bu onun sonuncu döyüşü olsa da, amerikalı yenidən rinqə qayıtmaq istəyir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR