NATO ölkələrinin hərbiçiləri üçün məlumat kitabçalarından çıxarışda qeyd olunan 23 qaydanı sizə təqdim edirik:
1. Tutduğunuz mövqe həm hücuma keçməyə, həm də geri çəkilməyə uyğun olmalıdır. Güllələrə qarşı təbii sipərlərdən (qalın ağaclar, qayalar) istifadə edin. Pozisiya əsgər yoldaşlarınızı da qorumağa əlverişli olmalıdır.
2. Düşmən sizi görə bildiyi halda eyni yerdən çox atəş açmayın, yer dəyişdirin. Qısa və rahat yollarla getməyin, düşmən sizi ən çox orda gözləyir. Narahat, əziyyətli yollar daha çox vaxt alsa da, daha təhlükəsiz olur.
3. Booby traps (tələ) deyilən şeylərdən ehtiyatlanın, özünüz də ondan hazırlayın. Məsələn, gecə vaxtı səngərdən 15 metr öndə ip çəkib, bir ucuna bir neçə boş konserv qutusu bağlayın. Yenə gecə vaxtı yarım metrlik çuxur qazaraq içinə kəsici əşyalar qoyub üstünü örtə bilərsiniz. Yatsanız, “booby traps”lar, həyatinizi xilas edə bilər. Bir ucuna əl qumbarasının üzüyünü də bağlaya bilərsiniz, belə halda onu səngərdən bir az aralı quraşdırın.
4. Yaralamaq mümkünsə, düşməni öldürməyin, yaralayın. Yaralını digər əsgər dostları döyüş meydanından çıxarmağa çalışacaq və siz 3 nəfəri döyüşdən çıxaracaqsınız. Düşmənin silahını ondan uzaqlaşdırın, sizə lazım olanı götürün (sursat).
5. Gecə vaxtının öz təhlükəsi var. Bunlar – minaya düşmə, tələyə, ya da çuxura düşmə, istiqamətini azma, düşməni görməyib əsir düşmə təhlükələridir. Habelə düşməndə termal kameralar ola bilər (gecə sizi düşmənə göstərə bilər), şəxsi termal turbinlər 1 km qədər məsafədə göstərir, postda quraşdırılanlar 20 km (FLİR sistemi olanlar) qədər ola bilər.
6. Minalanmış əraziyə girməyin. Döyüş tapşırığı belə versələr (əsgəri bilə-bilə minalanmış əraziyə göndərmək qadağandır), şübhəli ərazidən kənar keçin. Cəbhə xəttində mina olma ehtimalı çoxdur. Odur ki, yerlərdə mina quraşdırma izlərini axtarın. Qazıntı, ölmüş heyvan sümükləri, qeyri adı yatan əşyalar, ağaçlarda və yerlərdə işarələr (düşmən öz əsgərini məlumatlandırmaq üçün edə bilər), Nazik məftillər, qırıq məftillər (torpaq üstü yerləşdirilən çin istehsalı 69 tipli və rusların OZM 72 havada partlayan minalar sim ya da iplə partladılır), örtülmüş torpaq, qeyri-adi bir çuxur (10-40 sm dərinliyində - daha əvvəl partlamış minanın çuxuru) - bunlar minalanmış ərazinin əlaməti ola bilər.
7. Adətən yerə basdırılan minaları müəyyən bir şəma üzərində basdırırlar, bir sapyor 4-6 mina tapıb yerlərini işarələməklə, digər minaların da yerlərini tapa bilir.
8. Minanın detonasiya etdiyni hiss etsəniz, dərhal özünüzü gəldiyiniz istiqamətə tərəf geriyə yerə atın. Havada hoppanib partlayan minalar istisna olmaqla, bu sizin həyatınızı xilas edər.
9. Şübhəli ərazilərə topa-topa girməyin, əvvəlcə 1-2-3 nəfər göndərin, arxadan onları qorumağa hazır olun. Həmin yerdə tələ, ya da pusqu ola bilər. Səslə danışmayın, əl işarətləri ilə xəbər verin. Bunları sizə təlimlərdə öyrədəcəklər.
10. Güllə uçanda heç bir təhlükə olmasa da, derivasiya edir, sağ tərəfə yayınır. 500 metr məsafədən atanda, güllə 5 sm sağa yayınır. Habelə dağlarda yuxarıdan aşağıya atanda, nişanı bir az aşağıdan alın, çünki havadakı təzyiqdən güllənin aşağı düşmə sürəti xeyli azalır, hətta kəskin fərq olduqda yuxarı çıxa bilir. Eləcə də, 500 metrə kimi uzaqlıqda mütləq küləyin istiqamətini və sürətini nəzərə alın.
11. Qumbaradan istifadə etməyi öyrənin və bacarın. Döyüşə getdikdə 2-4 ədəd götürün.
12. Daim yanınızda su saxlayın.
13. Daim yanınızda jqut və tənzif götürün. Taxtadan şina düzəltməyi bilin. Meşə ağacları və iplərlə yaralıları daşımaq üçün xərək düzəltməyi öyrənin.
14. AKS 5.45-ə üstünlük verin. Əməliyyata getdikdə yanınızda azı 300 güllə götürün.
15. Bıçaq atmağı öyrənin. Lakin avtomat süngüsü o işə yaramır. Bunun üçün başqa bıçağınız olsun.
16. Qaranlıqda səngərdə siqaret çəkməyin, tüstü çıxaracaq alov yandırmayın. Unutmayın ki, sizin səhvinizdən dolayı bir çox insan tələf ola bilər.
17. Tüstü şaşkaları yanınızda olsun. Geri çəkilmək, yaralını çıxarmaq lazım olduqda onlar əvəz olunmazdır.
18. Kompas və GPS ilə işləməyi bacarın. Kompas asan tapılan şeydir, habelə qulluq etdiyiniz, ya da hücuma keçəcəyiniz ərazinin xəritəsini mütləq öyrənməlisiniz.
19. Beliniz olsun – mövqe tutanda altdakı torpağın yumşaq olmasına diqqət yetirin - torpağı qazıb ətrafınıza 20 sm hündürlükdə kənardan yığa bilsəniz, minomyot və qrad zərbələri sizə ancaq kontuziya verəcək.
20. Düz xətlə qaçmayın, sizi vurmaq daha rahat olar.
21. Bronojiletə öyrəşin. Ağırdır, hərəkət sərbəstliyini məhdudlaşdırır, lakin həyat xilas edir.
22. Yerdə əşya görəndə qaldırmayın, tələ ola bilər. Məsələn, meyitin altında üzüyü çəkilmiş qumbara kimi. Ya da yerdə dəbilqə ola bilər, onu götürməklə OZM 72 minasının ipini çəkmiş olarsınız.
23. Düşmənə silah qoymayın, azı onu yararsız hala gətirin. Məsələn, avtomat və qumbaraatanların tətik mexanizmi (qapaq çıxarılmalıdır) süngüylə xarab edilir, qumbaraların zapalları sıradan çıxarılır, artilleriya qurğuları top mərmilərinin köməyi ilə partladılır. Zirehli texnikanı isə daxildən yandırıb, ondan uzaqlaşırsınız. DÜŞMƏNƏ AĞIR SİLAH QOYUB GETMƏK XƏYANƏT KİMİ ŞEYDİR. Məsələn, özünüz ölsəniz də ölün, amma artilleriya və zirehli texnikanın düşmənin əlinə keçməsinə imkan verməyin; onunla daha çox əsgərimizi öldürəcəklər.