top of page

Arif Paşayev İlham Əliyevə müraciət etdi

“Ön sıralarında olmağı özümüzə şərəf və borc bilirik.”.

Laçın alayının sabiq komandiri Arif Paşayev prezidentə müraciət edib.

PRESSNEWS.AZ AzNews.Az-a istinadən xəbər verir ki, sabiq komandir müraciətində bildirib:

“Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə. Cənab Ali Baş Komandan mən işləmək üçün Rusiya Federasiyasının Komi Respublikasına getməyi planlaşdırırdım. Son vaxtlar cəbhədə yaranan vəziyyətlə əlaqədar bu səfərimdən imtina etdim. Vətən naminə canından və qanından keçməyə hazır olan biz keçmiş döyüşçülər torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizənin ön sıralarında olmağı özümüzə şərəf və borc bilirik. Tanrı vətənimizi və millətimizi qorusun”.

bottom of page