Türkiyə müxalifəti Ərdoğanın “əlinə oynayır”

Türkiyə bir neçə gündən sonra prezident seçkilərinə girəcək. Yarandığı gündən bəri daha çox parlamentli respublika olaraq dünyada tanınan, Mustafa Kamal Atatürkün əsasını qoyduğu Türkiyə Pespublikası, artıq avqustun 11-dən sonra president üsul-idarəsinə keçəcək. Sözsüz ki, seçim türk xaqlının. Bizə sadəcə qardaş xalqın bütün qərarlarına yalnız sayğı ilə yanaşmaq qalır. Amma bizi daha çox maraqlandıran məsələ, 2003-cü ildən Türkiyədə iqtidarda olan Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi hökumət, siyasi sistemi tamailə dəyişdirməklə, ən azı uzağa gedən hədəflər üçün cığır açmağa hazırlaşır.
Bunun türk xalqına nə vəd etdiyini demək bəri başdan söyləmək olduqca diletantlıq olardı. Nə yaxşı, nə də mənfi istiqamətdə. Amma açıq şəkildə görünən odur ki, özünü həttda Mustafa Kamal Atatrükdən belə yuxarıda hiss edən, Atatürkün portretlərini Istanbulun meydanlarından yığışdıran Ərdoğan üçün bu seçkilər, sözün əsl mənasında ölüm-dirim məsələsidir. Ona görə yox ki, o Türkiyənin prezident respublikalı ilk rəhbəri olmaq istəyir.
Ona görə ki, bu seçkilər onun üçün uzun illəri nəzərdə tutan strateji planlarını kağız üzərindən Türkiyə siyasətinə köçürmək üçün, reallaşdırmaq üçün olduqca vacib tarixdir. Düzdür, qardaş ölkədəki siyasi durum, siyasi partiyaların Ərdoğan hakimiyyətinə qarşı başq aldırmaq imkanlarının iqtisadi terminlə ifadə etsək, sıfra bərabər olması hazırkı Baş nazirin Prezident olmaq şanslarının olduqca olduqca yüksək olduğunu açıqca ortaya qoyur.
Həm MHP-nin, həm də CHP-nin öz liderləri səviyyəsində prezident seçkilərinə qatılmaması, özlərini kənara çəkərək, 76 yaşlı qoca professor Ekmeleddin İhsanoğlunu müxalifətin vahid namizədi kimi qabağa vermələri, özlərini bu siyasi tamaşanın kənardan baxan izləyiciləri kimi aparmaları, əslində Türkiyə ilə bağlı olduqca ciddi detalları ortaya qoyur. İlk növbədə ona görə ki, baş verənlər Türkiyə müxalifətinin hazırkı president seçkilərinə ciddi baxmadığını, sadəcə baş verə biləcək siyasi tamaşa üçün 76 yaşlı E.İhsanoğlunu siyasi aktyor kimi hazırlayan qrim ustalarına bənzədiklərini açıq və təkzibedilməz fakt kimi ortaya qoyur. Belə görünür ki, açıqdan-açığa Türkiyə müxalifəti hazırkı prezident seçkilərinə ciddi yanaşmır. Özü də təkcə onu nəzərə alsaq ki, saatlarla ayaq üstündə dayanaraq, heç bir yazılı kağızdan istifadə etməyən, nitq qabiliyyəti hər kəsi təəcübləndirən Ərdoğanın qarşısına müxalifət 76 yaşlı, ağzı söz tutmayan, iki kəlmə cümləni ard-arda gətirə bilməyən bir professoru çıxarıb, demək ki, siyasi tablodakı oyunçuların həm missiyaları, həm də bu oyunun qaydaları açıqca ortaya çıxır. Açıq şəkildə görünən odur ki, Türkiyə müxalifəti bütün resursları ilə Ərdoğanın qələbə qazanması üçün çalışır. Ayaq üstə yeriyə bilməyən bir adamı namizəd göstərməklə, Türkiyə müxalifəti AKP liderinə bundan daha yaxşı necə xidmət etməlidir ki?.
Həm bizə, həm də türk xalqına avqustun 10-da axşam Ərdoğanın qələbəsini bayram etməyi gözləməkdən başqa heç nə qalmır. Görünür, Ərdoğanın arxasında duran beynəlxalq güclər onun ən azı qarşıdakı 10 il üçün regional oyunmu olmasında israrlıdırlar. Yeni planlarında Ərdoğan faktoruna önəm verən beynəlxalq güclərə qarşı duruş gətirmək isə çətin məsələdir..
Mətləb