PRESS NEWS AZERBAIJAN

Ali Baş Komandan cəbhədə əsgərlər önündə - Son dəqiqə

06.08.2014

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev az öncə Ağdamın Quzanlı qəsəbəsində görüş keçirib. 

 

Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən Prezident cəbhədə baş verən gərginlikdən danışıb və Ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib. 

 

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb. 

 

Hazırda Prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur. 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload