PRESS NEWS AZERBAIJAN

Azərbaycan Ağqoyunlu dövlətində dövlət siyasəti - diplomatik münasibətlər

06.08.2014

 

 

Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Oğuzların Bayandur tayfasından olan pəhləvan bəy qaraqoyunlularla  Teymurləng arasında gedən mübarizədən istiadə edərək, Ağqoyunlu obalarını öz ətrafında birləşdirdi. Nəticədə XIV əsrin 80-ci illərində Ağqoyunlu Tayfa İttifaqı böyük bir qüvvə kimi tanındı və qonşu ölkələr Ağqoyunlu Tayfa İttifaqı ilə hesablaşdılar. Pəhləvan bə        in ölümündən sonra Ağqoyunlu obaları arasında ara müharibələri yenidən qızışdı. Öz mövqeyini möhkəmləndirən Qara Yuluq Osman bəy (1394-1434) Ağqoyunlu bəyliyinin əsasını qoydu. Sivas uğrunda qaraqoyunlularla apardığı mübarizədə qələbə qazandı. Diyarbəkiri Ağqoyunlu Tayfa İttifaqının mərkəzinə çevirdi. O öz adına pul kəsdirdi. Ağqoyunlu Tayfa İttifaqını xeyli möhkəmləndirdi. Qarayuluq Osman bəyin öldürülməsindən sonra Ağqoyunlu Tayfa İttifaqı yenidən zəifləməyə başladı. Cahangir Mirzənin dövründə Ağqoyunlu tayfaları yenidən birləşdirildi. 1453-cü ildə Uzun Həsən qardaşı Cahangir Mirzənin hakimiyyətdən kənarlaşdıraraq Tayfa İttifaqının başçısı oldu. 1468-ci ildə paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövlətini yaratdı. Ağqoyunlu dövlətinin ərazisinə Kürdən  Cənubdakı Azərbaycan torpaqları, Şərqi Anadolu, Qərbi İran, İraq və Şərqi Gürcüstan daxil idi. Mərkəzi Asiya, Çin və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin mərkəzindən keçirdi. Əhalidən toplanan vergilər və xarici ölkələrlə, xüsusilə Avropa ölkələri ilə ticarətdən alınan gəlir dövlət iqtisadiyyatının əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq feodallar, ruhanilər və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Buna baxmayaraq, Ağqoyunlu dövlətində daxili vəziyyət  ağır idi. Şəhərlərdə və kəndlərdə yaşayan əhalinin üzərinə ağır vergi və mükələffiyyətlər qoyulmuşdu ki, bu da öz növbəsində dövlətin iqtisadi əsasını sarsıdırdı

Ayrı-ayrı mahallarda baş verən kəndli hərəkatları dövlətin siyasi nüfuzuna mənfi təsir göstərirdi. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü, vergiləri nizama saldı. Uzun Həsən vergi islahatı nəticəsində əkinçilik işləri müsbətə doğru yaxşılaşdı, vergilərin miqdardı qismən azaldı. Uzun Həsən mərkəzi hakimiyyətə tabe olmayan feodalların müqavimətini qırmaq üçün onların xeyrinə müəyyən güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Uzun Həsən nizami ordu yaratdı və silah istehsal etməyə təşəbbüs göstərdi. Onun xarici siyasətində əsas istiqəmət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Qüdrətli Ağqoyunlu dövlətinin yaranması Osmanlı Sultanı ikinci Fateh Mehmeti ciddi narahat edirdi. XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq bu iki dövlət arasındakı münasibətlər son dərəcə kəskinləşdi. Bu dövlətlər arasında münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də rol oynayırdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Bizans imperiyası ilə dostluq əlaqəsi yaratmışdılar.

Uzun Həsən Bizans imperatoru IV Sohanın qızı imperatriça Teodora Qəspinə xatunla evlənmişdi. Buna görə də Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Bu şəraitin Ağqoyunlular üçün böyük əhəmiyyəti vardı. Trabzon Ağqoyunluların Qara Dənizə əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirlər böyük gəlir götürür və bu şəhər vasitəsilə Krımdakı mərkəzləri ilə əlaqə saxlayırdılar. Məhz buna görə II Mehmet 1461-ci ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon şəhəri üzərinə hücumla başladı. Belə şəraitdə Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüşdə Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da Uzun Həsən osmanlılarla sülh bağlamaq qərarınıa gəldi. Şərqdə ilk diplomat qadın kimi məşhur olan anası Sara Xatunu Sultanın düşərgəsinə göndərdi. Qaynaqların məlumatına görə diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" "oğul" müraciət edirdilər.

Uzun Həsən Sara Xatunu II Mehmetin düşərgəsinə göndərərkən qarşısına iki çətin vəzifə qoydu. Əvvəlcə o, Osmanlı Sultanı Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki Ağqoyunlu dövləti Osmanlı dövləti ilə toqquşa biləcək qədər güclü deyildi. Bundan başqa Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunluların və Teymurilərin hücumu gözlənilirdi. Buna görə də Uzun Həsən sülh bağlamağa məcbur idi. İkincisi isə Sara Xatun Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən döndərməli idi. Lakin Sara Xatun birinci vəzifəni müvəffəqiyyətlə yerinə yetirsə də ikinci məsələdə Sultan II Mehmeti fikrindən döndərə bilmədi. II Mehmet Trabzon üzərinə yeridi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin - Qəspiə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini Sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Trabzon fəthi ilə Ağqoyunlu dövləti öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdi. Bu hadisə Ağqoyunlu-Osmanlı münasibətlərini xeyli pisləşdirdi. Uzun Həsən eyni vaxtda bir neçə yerdən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa dövlətləri ilə diplomatik əlaqələr yaratmağa başladı. Çünki Osmanlı dövlətinin siyasəti Ağqoyunlu dövlətinin mənafeyinə ziyan vurdu. Uzun Həsənin planları bir sıra Avropa dövlətləri tərəfindən rəğbətlə qarşılandı.

Avropa ölkələri iki dövlətin yaxınlaşmasını istəmirdilər və onlann arasında ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyanı lazımi cəhətdən qiymətləndirə bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Türkiyəsiz möhkəmləndirməyə çalışırdı və bu da öz ağır nəticələrini gələcəkdə büruzə verəcəkdi. Uzun Həsənin elçiləri Avropa ölkələrinə, xüsusən Venetsiyaya, Romaya, Polşa və Almaniyaya gedir, danışıqlar aparırdılar. 1475-ci ildə üçüncü İvan ticari və diplomatik münasibətləri genişləndirmək və qızıl Orda xanı Əhrədə qarşı birgə mübarizə aparmaq üçün öz nümayəndəsi Marko Rossini Uzun Həsənin yanına göndərmişdi. Lakin Uzun Həsən həmin ərəfədə Osmanlı dövləti ilə müharibədə məğlub olmuşdu və daxili iğtişaşları yatırdmaqla məşğul idi. Ona görə də Moskva knyazlığına hərbi yardım göstərə bilmədi. Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıdaraq ölkədəki ziddiyyətləri son həddə çatdırmışdı.

Bir qrup hərbi - köçəri əyanlar istisna edilməklə geniş xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki bu müharibələrin əsas ağırlığı birinci növbədə onların öz üzərinə düşürdü. Ağır vergi mükəlləfiyyətlərindən, habelə, feodal özbaşınalığından əziyyət çəkən kəndlilərdən tutmuş sənətkarlara xırda tacirlərə və şəhər əhalisinin digər təbəqələrinə qədər hamı təngə gəlmişdi. İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq müqaviməti, ümumxalq narazılığı - bütün bu parçalanmalar dövlə