Ağdamın Bayramlar kəndi də ordumuz tərəfindən işğaldan azad edilib.
Bir neçə saat əvvəl Ağdam rayonunun Bayramlar kəndinin ordumuz tərəfindən işğaldan azad olunduğunu xəbər vermişdi. Artıq Ağdamın işğal altında olan daha bir kəndinin azad edilməsi haqqında məlumat var.
Belə ki, Əvvəllər ermənilərin nəzarətində olan Yusifcanlı kəndinin yaxınlığındakı bizə məxsus mövqe və gözətçi postu ərazidə növbə çəkən əsgərlərimizin irəliləməsi nəticəsində boşalıb. Əvvəllər ermənilərin intensiv atəşi altında olan əraziyə sanki sükut çöküb.
Ordumuzun əsgərlərinin köhnə postdan Yusifcanlıya doğru yerləşən daha iki erməni postunu ələ keçirdiyi və Yusifcanlını azad etdiyi bildirilir. Yusifcanlıya bir neçə yüz metr qalmış ordumuzun əsgərləri müxbiri daha irəli buraxmayıblar. Hərbi sirri yaymamaq məqsədi ilə əsgərlərimizin görüntüsünü sayta yerləşdirmirik.
Tam olaraq ermənilərin nəzarətində yerləşən Qarqarçayın qurumuş yatağı artıq tam olaraq bizim nəzarətimizdədir.
05-08-2014 22:48
Son dəqiqələrdə, PRESSNEWS.AZ-ın bəzi mənbələrindən aldığı məlumata görə, cəbhə bölgəsində yerləşən Ağdamın Yusifcanlı kəndi azad olunub.
Azərbaycan ordusu zirehli texnikaları və hərbiçiləri ilə kəndə daxil olublar. Nəzarəti tam əllərinə götürüblər.
Lakin bu məlumatı Müdafiə Nazirliyində dəqiqləşdirə bilmədik. Ümidvarıq ki, məlumat düz çıxacaq və çoxdandır ki, qələbə xəbərinə həsrət qalan xalqımız sevinəcək!