Latviya Respublikasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək
Avqustun 7-də Latviya Respublikasının Müdafiə naziri cənab Raymonds Veyonis Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Cənab R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər avqustun 11-dək davam edəcək