PRESS NEWS AZERBAIJAN

Milli Parkı yenə alov içində

07.08.2014

 

Əlavə yanğınsöndürən qüvvə cəlb olunub.

Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb. 

Yanğın güclü olduğundan ora çoxsaylı yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Hadisə yerinə Lənkəran, Astara rayonlarından 7 yanğınsöndürən göndərilib. Lakin yanğının miqyasını və güclü olmasını nəzərə alaraq, Biləsuvar və Cəlilabad rayonlarından da əlavə yanğınsöndürən qüvvə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Qeyd edək ki, adıçəkilən parkda ötən ay da yanğın baş verib. Yanğının qarşısını almaq üçün yanğınsöndürənlər bir neçə gün işləməli olublar.(anspress.com)

 

Please reload