top of page

Rusiya Ukrayna təyyarələrinin Azərbaycana tranzit uçuşlarına qadağa qoydu - "AZAL"-ın REAKSİYASI

Dmitri medvedyev.jpg

Tranzit reyslərə qadağa tətbiq olundu.

Rusiya Ukraynanın aviaşirkətlərinin öz ərazisindən bir sıra ölkələrə tranzit reyslərini dayandırmaq barədə qərar qəbul edib.

RİA Novosti-xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

“Rusiya Ukrayna aviaşirkətlərinin RF-nin hava məkanından Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırır”. – deyə, o, hökumətin iclasında bildirib.

azal.jpg

AZAL Rusiyanın sanksiyalarına cavab verdi.

“Biletlərin qiymətinin bahalaşması istisna olunmur”.

Ukrayna və Azərbaycan heç bir halda hava əlaqəsini dayandırmayacaqlar.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli açıqlamasında bildirib.

Səfərlinin sözlərinə görə, uçuşlar üçün alternativ yollar var – məsələn, Qara dəniz yaxud Türkiyə ərazisi vasitəsilə.

“Düşünürəm, bizim və Ukraynanın aviadaşıyıcıları bu məsələnin həllini tapacaqlar”, - deyə, o bildirib.

O həmçinin uçuş vaxtının cüzi uzanması nəticəsində Bak-Kiyev reysi üzrə biletlərin qiymətinin bahalaşacağını istisna etməyib.

bottom of page