top of page

Tovzuda erməni əsir düşdü - VİDEO

Bu gün Tovuzda Ermənistan vətəndaşı əsir düşüb.

Azərbaycan tərəfinə əsir düşən Ermənistan vətəndaşının 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlu olduğu bildirilir. Əsir Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bu barədə rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib.

O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib.

İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub:

“Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”, - deyə, T.Hüseynov əlavə edib.

bottom of page