PRESS NEWS AZERBAIJAN

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırılıb

08.08.2014

Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin etmişlər.Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR