Nəcməddin Sadıkov cəbhə bölgəsinə gedib
Səfərin məqsədi barədə məlumat verilib.
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən PressNews.Az-a verilən məlumata görə, səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.