Sürücülər üsyan etdi - VİDEO
Masallı rayon daş bazarının sürücüləri bazardakı şəraitsizlikdən bezərək, Ələt-Astara yolunun Masallı istiqamətində etiraza qalxıblar. Onlar tələb ediblər ki, ya şərait yaradılsın, ya da köhnə daş bazarına qaytarılsınlar. Sürücülərin şikayəti ilə əlaqədar bazar rəhbəri Şükürov Rahim Şükür oğlu faktxeber-in əməkdaşına bildirib ki, bazar yenidir və sürücülərin tələblərini qısa bir zamanda həll edilıcık. O, sürüçülərdən alınan bazar pulu ilə bağlı bildirib ki, həmin pula görə çek verilir.