Soçi görüşü başa çatdı
Bazar günü Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın rəhbəri Vladimir Putinlə üçtərəfli görüşü keçirilib.
Bundan bir gün əvvəl dövlət başçıları üçlükdə ziyarət etdikləri sambo üzrə beynəlxalq turnirdə qeyri-rəsmi söhbət etmişdilər, Pressnews.az xəbər verir.
“Görüş faydalı oldu, prezidentlər yenidən həmsədr ölkələrin yüksək səviyyədə, prezidentlər səviyyəsində təqdim etdikləri prinsiplərə sadiq olduqlarını təsdiqlədirlər. Bu prinsiplər ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına hörmətlə yalnız dinc yanaşma əsasında həllin axtarılmasından ibarətdir”, - deyə, Lavrov bildirib.
“Prezidentlər Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində dialoqu davam etdirməyə hazırlıq ifadə ediblər və Rusiya Federasiyası həmsədr ölkələrdən biri kimi buna hər cür dəstək verəcək”, - deyə, Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib.