“Onlar üçün bir dənə də 45-ci ilin mayını təşkil edərik”.
Üçüncü dünya müharibəsi haqqında qərarı yalnız Rusiya prezidenti Vladimir Putin qəbul edə bilər və bu qərar artıq qəbul edilib.
Bu barədə “Rossiya 24” telekanalının efirində RLDP lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bildirib.
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski əgər Avropa və NATO Rusiyaya qarşı siyasətini davam edərsə və Ukraynanı ona “verməzsə” Polşa və Baltikyanını bombardman etməklə hədələyir.
Üçüncü dünya müharibəsi haqqında qərarı yalnız RF prezidenti Vladimir Putin qəbul edə bilər və bu qərar artıq qəbul edilib, bunu Jirinovski bəyan edib.
O hətta Birinci dünya müharibəsinin başlanmasını misal gətirib, o zaman Rusiya imperatoru II Nikolay əsas siyasi qərarı qəbul edib.
Vladimir Jirinovski qeyd edib ki, Rusiya Avropanı bombardman edəcək, bu, ölkə üçün mövcud təhlükələri istisna etmək üçün ediləcək.
İndi onun fikrincə, yeni böyük müharibənin başlanması haqqında qərar qəbul etməyin zamanı yetişib.
“Əminəm ki, bu qərar artıq qəbul edilib və bu qərar mütəmadi olaraq səslənəcək ki, Avropa bunu anlasın” Jirinovski deyib.
Rusiya siyasətçisi Polşa və Baltikyanını bombardman etməklə hədələyib və bu ölkələrin ümumiyyətlə, yer üzündən silinəcəyini bildirib.
“Polşa və Baltikyanı – onlar ümumiyyətlə, təhkim ediliblər. Onlar yox ediləcək. Orada heç nə qalmayacaq. Ağıllarını başlarına yığsınlar, bu cırtdan ölkələrin rəhbərləri, özlərini necə güdaza verirlər! Ona görə də ABŞ buradadır, onun üçün heç bir təhlükə yoxdur, amma şərqi Avropa ölkələri tam məhv olma təhlükəsi ilə üz-üzə durublar. Yalnız özləri günahkardır. Biz onların ərazisindən Rusiyaya istiqamətlənmiş təyyarə və raketlərin qalxmasına icazə verə bilmərik. Biz onları uçuşdan yarım saat öncə məhv etməliyik. Bunun üçün isə biz heç bir təyyarə və qurğunun salamat qalmasını istisna edən bombardmanlar etməliyik. Yəni, Baltikyanı yox olacaq, Polşa yox olacaq.
Qoy NATO təcili şəkildə bizim XİN ilə danışıqlar aparsın. O zaman biz dayanarıq. Belə getsə biz onlara dərs verməli və bir dənə də 45-ci ilin mayını təşkil etməliyik”, - o qeyd edib.