PRESS NEWS AZERBAIJAN

ATV kanalının aparıcısına 3 illik həbs - FOTO

13.08.2014

 

Faktla bağlı cinayət işi açılıb.

 

Space TV-də yayımlanan “Hava haqqında məlumat” verilişindən tanıdığımız, hazırda isə ATV kanalında yayımlanan “Aydın səs”in aparıcısı Tunay Əliyevanın adı cinayətdə hallanır. 

 

PressNews.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tunay Əliyeva təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub.

 

Belə ki, Yasamal rayonunda xanım aparıcının idarə etdiyi avtomobilinin qarşısına qəfildən sərxoş kişi çıxıb. İdarəetməni itirən aparıcı piyadanı vurub, o isə hadisə yerində keçinib. 

Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 illik icbari həbs qərarı verib.