PRESS NEWS AZERBAIJAN

Azərbaycanın birinci xanımı Rusiya ordeninin kavaleri oldu

13.08.2014

 

 

 

Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”.

 

Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin avqust ayının 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsinə dair 632№-li sərəncam imzalayıb.

 

PressNews.Az Vesti.Az-a istinadən xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan şöbəsinin rəhbəri Ədalət Hüseynovun bəyan etdiyinə görə, daha öncə Həştərxan deputatları Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi təklifini dəstəkləyiblər.

 

Onun sözlərinə görə, Mehriban Əliyeva Həştərxan vilayəti və Azərbaycan Respublikası arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi istiqamətində böyük səylərinə görə ordenlə təltif edilib.

 

Heydər Əliyev Fondu Həştərxan ərazisində bir sıra mühüm sosial layihələri həyata keçirir. Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılıb, 11 saylı H.Əliyev adına məktəb və məktəbyanı sahə bərpa edilib.

 

Heydər Əliyev Fondu 2012-ci ildə Azərbaycan və Rusiya dostluq körpüsünü açıb. Fond tərəfindən realizə edilən layihələr sırasında Knyaz Vladimirin abidəsi və “Meçta” uşaq əyləncə şəhərciyi yer alır. Hal-hazırda Fond 24 yerlik uşaq bağçası tikir. İşlər 2014-cü ilin sentyabrı üçün bitəcək.

 

Qeyd edək ki, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə Həştərxan vilayətinin iqtisadi, sosial və mədəni inkişafında xüsusi töhfələri, xeyriyyəçi fəaliyyəti ilə seçilən vətəndaşlar təltif edilir.

 

Mehriban Əliyeva Polşa Respublikasının Ali Komandor Xaçının və “Şanlı legion” ordeninin kavaleridir.

Please reload

ƏN ÇOX OXUNANLAR