top of page

Cəbhədə görünməmiş hadisə

sniper.jpg

Avqust ayının ilk günlərindən cəbhədən gələn həyəcan dolu xəbərlərin yerini indi atəşkəsə əməl olunması barədə məlumatlar doldurur.

Rusiyanın təşəbbüsü ilə Soçidə reallaşan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra qoşunların təmas xəttində yaranan sakitlik diqqət çəkir.

Bunu cəbhədəki dünənki vəziyyət də sübut edir.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə yalnız Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, habelə Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qoşunların digər təmas xətlərində, xüsusilə, Azərbaycan-Ermənistan sərhədində tam sakitlik olub.

bottom of page