top of page

Nazirin obyektlərinin tikintisi dayandırıldı - Foto

Ucar rayon İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən bir yetkili bildirdi ki, bu tikintiləri Fövqəladə Hallar Nazirliyi saxlayıb

Son illər Azərbaycanda aparılan regionların inkişaf proqramı nəticəsində yeni iş yerlərinin açılması aparılan siyasətin tərkib hissəsi hesab olunur. Əhali yeni iş yerləri ilə bağlı xəbərləri (belə xəbərlər çox olmasa da) həyəcanla gözləyir. Məhz buna görə də bu günlərdə Ucarda olarkən vətəndaşların iş yerləri ilə bağlı narahatçılıq keçirdiyi bir nüansın şahidi oldum. Ucar əhalisi rayonda bir neçə yeni tikilən müəssənin tikintisinin yarımçıq saxlanması ilə bağlı narahatçılq ifadə elədilər. Belə ki rayonda tikilən ticarət mərkəzi, ət kombinatı kimi çoxlu işçi qəbul edə biləcək obyektlərin tikintisinin "qara maskalı"lar tərəfindən dayandırılması, ustaların qovulduğu bildirilir.

Əhalinin dediyinə görə tikilən obyektlrəin hamısı Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumlarına məxsusdur. Ət kombinatı Ucardan Gəncəyə gedən yolda, Qazıqumlaq kəndi yaxınlığındakı hektalrlarla olan ərazidə tikilirmiş. Ticarət mərkəzi isə Ucar rayonun mərkəzində yerləşir. Biz tikintisi dayandırılan obyektlərin rəsmini çətinliklə də olsa çəkə bildik. Çünki yol boyu düzülən kameralar bizim işimizə problem yaradırdı. Biz məsələni dəqiqləşdirmədən rayondan çıxarılmaq istəmirdik. O şəkilləri sizə təqdim edirik.

1259.jpg
1260.jpg

bottom of page