PRESS NEWS AZERBAIJAN

Rusiyadan Azərbaycana idxal 15% artacaq

14.08.2014

 

“Rusiyadan gətirilən tikinti materiallarının qiymətinin azalması gözlənilir”.

 

Azərbaycanın əsas ticarət partnyorlarından birinin milli valyutasının məzənnəsinin enməsi ölkəmizə idxalı artırıb, bu isə ixracatın məhdudlaşdırılmasına stimul yarada bilər.

 

PressNews.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikridir.

 

Ekspert qeyd edib ki, Rusiyaya tətbiq edilmiş sanksiyalar və embarqolar Azərbaycan iqtisadiyyatına iki istiqamətdə təsir edəcək.

 

“Rusiya rublunun məzənnəsi son il ərzində dollara nisbətən 9% enib. Bununla yanaşı rublun məzənnəsi manata nisbətən enir. Bu, Rusiya istehsalatının rubl ilə ifadəsində enməsinə gətirib çıxaracaq. Əgər bir müddət öncə 30 rubl dəyərində Rusiya istehsalının dollar ekvivalenti 1 dollar idisə, indi bu rəqəm 80 sentə bərabərdir. Bu öz növbəsində Rusiya istehsalının dünya bazarlarında rəqabəti üçün rahat imkanlar yaradır”.

 

Bununla əlaqədar yaranan vəziyyət birmənalı şəkildə Rusiyadan Azərbaycana idxal edilən istehsalat mallarının həcmini artıracaq.

 

“Bir sıra Rusiya istehsalı olan malların Azərbaycanda qiymətinin enməsi müşahidə edilir, o cümlədən də kərə yağının. Bundan başqa, Rusiyadan gətirilən tikinti materiallarının qiymətinin azalması gözlənilir. Ümumilikdə Rusiyadan Azərbaycana idxalın həcmi 15% artacaq. Bu öz növbəsində Rusiyadan Azərbaycana idxalın 225 milyon dollar artacağı deməkdir”.

 

Ekspertin sözlərinə görə, Rusiya və Qərb arasında iqtisadi müharibə ikitərəfli qaydada gedir. Qərb sanksiyaları ilə yanaşı, Rusiya həmçinin, Qərb istehsalı olan mallara embarqo tətbiq edir.

 

“Avropa ölkələri Rusiyanın istehlakçı bazarında mühüm yer tuturdular. Hal-hazırda Avropanın bir çox istehsalat mallarına və xidmətlərinə Rusiyada sanksiyalar tətbiq edilib. Bu, Azərbaycandan olan iş adamları üçün əlavə imkanlar yaradır. Məsələn, Rusiyada süd məhsullarının 70%-i Avropa mallarının hesabına təmin edilirdi. Bundan başqa, Rusiya bazarında Avropadan gətirilən meyvə və tərəvəzlərin də həcmi böyük idi. Baxmayaraq ki, Rusiya bazarı azərbaycanlı fermerlər üçün yeni məkan deyil, onlar üçün rəqabətin daha az olduğu bazar açılır. Əlavə maneələr olmadığı halda Azərbaycan Rusiyaya ixracı 10% artıra bilər, bu isə 110 milyon dollar deməkdir”, - V.Bayramov yekunlaşdırıb.

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload