PRESS NEWS AZERBAIJAN

Separatçıların tərəfindən vuruşan çeçen komandirindən şok açıqlama – VİDEO

14.08.2014

 

“Ukraynanı heç kim qəbul etmir”.

 

Ukraynada separatçıların tərəfindən vuruşan çeçenlərin məşhur “Vostok” batalyonunun komandiri Aleksandr Xodakovski şok açıqlamalar verib.

 

PressNews.Az Axar.az-a istinadən xəbər verir ki, Xodakovski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və “Donetsk Xalq Respublikası”nı (DXR) tanımadığını bildirib.

 

“Strelkov o zaman bizim komandanımız ola bilər ki, DXR-in tərkib hissəsi olaq. O, Müdafiə naziri kimidir. Siz bilirsiz ki, biz DXR-in tərkibinə daxil deyilik, biz müqavimət hərəkatına daxilik. Müqavimətdə də ictimai hərəkatı başa düşmək lazımdı. Kimsə DXR-in tərəfdarıdır, kimisi Ukraynanın ərazi bütövlüyünün, lakin Rusiyameyilli Ukraynanı heç kim qəbul etmir.

Şəxsən mən, Ukraynanın parçalanmasının tərəfdarı deyiləm”, - deyə batalyon komandiri bildirib.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload