PRESS NEWS AZERBAIJAN

Ermənilər Petrosyanın cəsədini istəyir

15.08.2014

 

“Danışıqlar aparılır”.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) erməni nümayəndəliyi hal-hazırda Azərbaycan ərazisində ölən Ermənistan vətəndaşı Karen Petrosyanın cəsədinin vətəninə qaytarılması ilə bağlı danışıqlar aparır. 

 

PressNews.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda BQXK İrəvan ofisinin rəhbəri Zara Amatuni erməni mətbuatına bildirib.

 

“Karenin cəsədi tərəflər arasında qarşılıqlı razılıq əldə olunandan sonra Ermənistana çatdırılacaq. Biz müstəqil vasitəçilər kimi, Azərbaycan və Ermənistan hakimiyyəti ilə danışıqlar aparırıq”, - deyə Z.Amatuni deyib.

 

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

 

Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

 

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Please reload

ƏN ÇOX OXUNANLAR