PRESS NEWS AZERBAIJAN

Bir neçə saniyə sonra ölənlər - FOTOLAR

16.08.2014

Bu şəkillər adi deyil. Hər birinin öz hekayəsi var. Ən önəmlisi isə bu şəkillərin hər biri şəxsin ölümündən bir neçə saniyə öncə çəkiib.Şəkillər və onların acıncaqlı tarixçəsini təqdim edirik:

 

 

Filippinli siyasətçi Reynaldo Dagsa 2011-ci ildə Yeni il axşamı küçədə ailəsi ilə xatirə şəkili çəkdirir. O, fotoaparatın düyməsini basar-basmaz, qatil də tətiyi çəkir. 35 yaşında vəfat edən R.Dagsanın ailəsi isə qatilin arxalarında olmasından xəbərsiz obyektivə gülümsəyirlər. Bu şəkil sayəsində qatil tapılır. Onun Mixail Qonzales adlı oğru olduğu aydınlaşır. R.Dagsanın göstərişi ilə həbs edilən oğru ondan qisas almaq üçün bu adımı atdığını bildirir.

 

 

İrlandiyada 30 il davam edən etnik münaqişənin əsas hərəkətvericisi olan İRA-nın bu maşına bomba yerləşdirdiyindən hamı xəbərsizdir. Bir qədər sonra başlarına gələcək faciədən xəbərsiz ata və oğlu qırmızı maşının yanında şəkil çəkdirirlər. 1998-ci ildə baş verən hadisədə 29 nəfər ölür, 200-ü isə yaralanır.

 

 

8 iyun 2014-cü ildə mühəndislik fakultəsinin 24 tələbəsi gəzintiyə çıxır. Tələbələr Hindistanın Beas çayı yaxınlığında şəkil çəkdirmək üçün avtobusdan enirlər. Çay üzərində yerləşən su anbarından anidən boşaldılan su çayı məcrasından çıxarır. Nəticədə böyük dalğalar altında qalan tələbələrin hər biri həyatlarının itirir. Bu şəkil isə faciədən bir neçə saniyə öncə çəkilib.

 

 

58 yaşlı Ki-Suk Han 2012-ci ildə metro stansiyasında səfil həyat tərzi keçirən Naem Devis ilə mübahisə edir. Sakitləşməyən Devis Hanı reyslərin üzərinə itələyir. Beləliklə də Han stansiyaya daxil olan qatarın altında qalaraq can verir. Bu şəkil isə həm ailəsi, həm də insanlıq üçün ən faciəvi an olaraq tarixə düşür. Fotoqrafın isə Hanı qurtarmaq əvəzinə bu şəkili çəkdiyi isə mediada böyük mübahisələrə səbəb oldu.

 

 

ABŞ-ın Respublikaçılar Partiyasının üzvü olan Robert Bud Dvyer Pensilvaniyada maliyyəçi olaraq çalışırdı. Rüşvət almaqda ittiham olunan Dvyer istefa etdiyini bildirmək üçün mətbuat konfransı keçirir. Açıqlamasının sonunda isə “əgər bu sizi narahat edəcəksə bayıra çıxın” deyərək silahını çıxarır və intihar edir. 55 il həbs və 300 dollar cəzaya məhkum edilən Dvyer həqiqətəndə günahsız olub. Ancaq, bu onun intiharından illər sonra məlum olur.

 

 

Travis Aleksandr keçmiş sevgili Jodi Arias tərəfindən vəhşicəsinə qətlə yetirilməzdən öncə duş alırdı. Arias bu şəkili çəkdikdən sonra Travisi 27 dəfə bıçaqlayır, boğazını kəsir, sonda isə silahı ilə qətlə yetirir. Travisdən isə xatirə olaraq gözlərində dəhşəti əks etdirən bu şəkil qalır.

 

1980-ci il dekabrın 8-də Mark Devid Kempmen Con Lenonu Nyu Yorkdakı evinin qarşısında silahla vuraraq öldürür. Lenonu şöhrətinə görə öldüyünü deyən Kempmen ömürlük həbsə məhkum edilir. Kempmen qətli törətməmişdən öncə məşhur müğəninin fanatı olaraq yanına gedir və  “Dubl Fantazi” albomu üçün avtoqraf alır. Bu isə Lenonun son şəkli olur. Sizcə kim son şəklinin qatili ilə olmasını istər?

 

 

1990-cı ildə 14 yaşında olan Texaslı Recina Key Uolters Robert Ben adlı qatil tərəfindən qətlə yetirilir. Gənc qıza işgəncələr verən qatil əvvəlcə onun saçlarını kəsir, sonra qadın paltarları geydirir, sonda axıra aparan qatil bu şəkli çəkir. Ardınca isə gənc qızın həyatına son qoyur. Qatil isə iki il sonra tutulur və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilir. (faktxeber)

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR