PRESS NEWS AZERBAIJAN

Bakıda ana və qızın intiharına görə ata həbs edildi

18.08.2014

 

Asəf Fərzəliyev iki nəfərin ölümündə şübhəli bilinir.

 

Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısı həbs edilib. Hüquq-mühafizə orqanlarından Musavat.com-a verilən xəbərə görə, Yasamal rayonunda ana və qızın intiharı ilə bağlı istintaq davam etdirilir. 

 

Bu istintaqın nəticəsi olaraq ailənin başçısı Asəf Fərzəliyev həbs edilib. Qeyd edək ki, hadisə baş verən gün Asəf Fərzəliyev Yasamal rayonu 29-cu polis bölməsində və Yasamal rayon prokurorluğunda dindirisə də, sərbəst buraxılmışdı. Daha sonra isə o, yenidən saxlanılıb.

 

Onun arvadının və qızının ölümündə təqsirli bilinməsi istisna deyil. 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polosdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

 

İstirahət günü olduğundan, faktı rəsmi qurumlardan təsdiqlətmək mümkün olmayıb. Mövzunu davam etdirəcəyik. (strategiya.az)

Please reload

ƏN ÇOX OXUNANLAR