Müslümov qəribə heyvanın 3 balasını tutub evə gətirib.
Şabranın Qələgah kəndində qəribə heyvan tapılıb.
PressNews.Az ANS TV-yə istinadən xəbər verir ki, qəribə heyvan balalarını ilk olaraq kəndin 15 yaşlı sakini Müslüm Müslümov görüb. Ana heyvan və 1 balası qaçmağa müvəffəq olsalar da, onlar 3 balanı tutub evə gətiriblər.
Heyvanı tutan şəxs artıq 20 gündən artıqdır ki, adını bilmədiyi vəhşi heyvanın 3 balasını həyətindəki qəfəsdə saxlayıb, onları müəyyən ərzaq, su və qurbağalarla qidalandırıb. Heyvan balalarını daha saxlaya bilmədiyini deyən Müslüm Müslümov ANS-dən kömək istəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin rəisi Hüseyn Adıgözəlov da heyvan balalarının hansı cinsə mənsubluğu və adı barədə məlumatsız olduğunu bildirdi:
- Birincı dəfədir rast gəlirik, onun üçün çox maraqlıdır, istəyirik millətimiz, təbiyyət sevərlər baxsınlar və mütəxəssislər bir rəyə gəlsinlə ki, bu heyvanların hansı növüdür.
Təxmini olaraq yenot olduğu hesab edilən 3 bala mütəxəssislərin baxış keçirməsi üçün Xızıdakı Altıağac Vəhşi Təbiətin Bərpası Mərkəzinə göndərilmək üçün qəfəsə qoyuldu.
Onuda qeyd edək ki, naməlun adlandırılan bu heyvan əslində həqiqətəndə yenotdur.
Və cox təəsüf edirik ki H.Adıgözəlov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olaraq heyvanları tanımır. Yenot olduqu halda bu heyvanı naməlun adlandırır.