İdmançılarımız auditoriyaya gözəl anlar yaşadıblar.
Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq Palandökən turnirinin komanda yarışlarında erməni idmançılarla tatamiyə çıxan Azərbaycan karateçiləri rəqibi biabırcasına məğlub ediblər.
PressNews.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından bildirilənə görə, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar.
Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.
Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.