top of page

Yasamal qəbiristanlığı köçürülür?

mezar.jpg

Bu layihə sayəsində yaranan tıxaclara son qoyula bilər.

Bakının qədim Yasamal qəbiristanlığının köçürülməsi planı yenidən aktuallaşıb.

PressNews.Az Axar.az-a istinadən xəbər verir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında məsləhətləşmələr aparılıb.

Müzakirələrin yekununda yekdil qərar qəbul edilməsə də, məzarlığın köçürülməsi planının reallaşdırılması istiqamətində müəyyən nəticələrə gəlinib.

Bu layihə sayəsində Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində yaranan tıxaclara son qoyula bilər.

Hazırda rəsmilər arasında müzakirələr aparılır və məzarlığın bütövlükdə köçürülməsi məqsədəuyğun sayılmır. Məlumata görə, Badamdar dairəsi ilə A.Şərifzadə küçəsini (“Azərbaycan” nəşriyyatının binasının arxası) birləşdirən birtərəfli yolun genişləndirilməsi üçün məzarlığın yarısının köçürülməsi müzakirədədir.

Qərar qəbul edildikdən sonra Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə layihə şəklində təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl BŞİH və Yasamal RİH rəsmiləri bu planın olduğunu təsdiqləyiblər. Amma qəbiristanlığın nə zaman və hara köçürüləcəyi açıqlanmayıb.

bottom of page