top of page

Ağdamda məmurun bıçaqlanma anı yayıldı - Video

Əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanması barədə məlumat verilmişdi.

Hadisə ərazidəki mağazalardan birində baş verib və bıçaqlanma anı təhlükəsizlik kameralarına düşüb. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub. Hadisəyə Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.

Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Təhlükəsizlik kamerası tərəfindən lentə alınmış video kadrı sizlərə təqdim edirik.

bottom of page