Bakıda kütləvi dava baş verib: Qan su yerinə axdı
Cinayət işi başlanıb.
Bakıda 2 nəfər bıçaqlanıb.
PressNews.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metron “Neftçilər” stansiyası yaxınlığında, Qara Qarayev prospektində 1990-cı il təvəllüdlü Bedjanov Hilal Hicran oğlu və 1993-cü il təvəllüdlü Əhmədov Xəyal Bayram oğlu bıçaqlanıb.
Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.