PRESS NEWS AZERBAIJAN

İsrail qan tökməyə davam edir - VİDEO

20.08.2014

İsraillə Fələstin arasında əldə edilmiş atəşkəs razılığı bu gün yenidən pozulub.“BBC”yə istinadən verdiyi xəbərə görə, Fələstin silahlıları bu gün tərəflər arasında əldə edilmiş atəşkəs rejimini pozaraq İsrail istiqamətində 3 raket buraxıb. Məlumata görə, İsrail ordusu da, öz növbəsində, Qəzzaya cavab zərbələri endirib.     İsrail ordusundan verilən rəsmi açıqlamaya görə, axşam saatlarından Qəzzanın bombardmanı davam edəcək. 

Qeyd edək ki, İsrail və Fələstin təmsilçiləri Qəzza zolağında müvəqqəti atəşkəsi daha 24 saat uzatmağı planlamışdılar. Məqsəd uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaq idi.

Zərbələr nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

İsrail ordusuna cavab atəşi ilə bağlı əmri baş nazir Binyamin Netanyahu verib Həmçinin, Qahirədə danışıqlarda iştirak edən İsrailin nümayəndə heyəti geri çağırılıb. 

Bizimyol.info "euronews" telekanalının videosüjetini təqdim edir:

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload